Göyçay rayonunda intihar hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Göyçay şəhərinin Füzuli küçəsindəki 40 saylı mənzildə qeydə alınıb.
Həmin evdə yaşayan 1962-ci il təvəllüdlü Şərifov Rasim Sabir oğlu özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, bilinmir. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.