Güclü külək Gəncədə fəsadlar törədib - FOTO - YENİLƏNİB

Güclü külək Gəncədə fəsadlar törədib - FOTO  - YENİLƏNİB
# 20 iyun 2024 19:27 (UTC +04:00)

Güclü külək Gəncə şəhərinin Nizami Gəncəvi prospektində yerləşən obyektin dam örtüyünü yolun hərəkət hissəsinə aşırıb.

APA-nın yerli bürosunun məlumatına görə, nəticədə həmin prospektdə avtomobillərin hərəkəti dayanıb.

***

19:04

Güclü külək Gəncədə fəsadlar törədib.

APA-nın yerli bürosunun məlumatına görə, axşam saatlarında başlayan külək şəhərin bəzi küçələrində ağacları aşırıb. Hazırda küləkli hava şəraiti hökm sürür. Güclü külək bir neçə evin dam örtüyünü dağıdıb. Həmçinin şəhərin bəzi ərazilərində elekrik enerjisinin verilməsində fasilə yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR