Bank Of Baku

Hacıqabulda açıq ərazidə yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB

Hacıqabulda açıq ərazidə yanğın söndürülüb - FOTO  - VİDEO  - YENİLƏNİB
# 10 iyun 2026 20:58 (UTC +04:00)

Hacıqabulda açıq ərazidə yanğın söndürülüb.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində daha böyük əraziyə yayılmasına imkan verilmədən söndürülüb.

***

17:00

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Hacıqabul rayonunda açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, yanğınla bağlı polis əməkdaşları da əraziyə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR