İmişlidə baş verən qəzada xəsarət alan körpə xəstəxanada ölüb

İmişlidə baş verən qəzada xəsarət alan körpə xəstəxanada ölüb
# 30 aprel 2024 01:33 (UTC +04:00)

İmişlidə baş verən qəzada xəsarət alan körpə xəstəxanada ölüb.

APA-nın yerli bürosu xəbər verir ki, qəzada xəsarət alan 3 aylıq əkiz körpələrdən Nurlan Niftullayev həkimlərin səyinə baxmayaraq ölüb.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

***

01:33

İmişlidə yol-nqəliyyatı hadisəsi baş verib. ​

APA xəbər verir ki, mişli şəhəri​ Nəcməddin Savalanov küçəsində qeydə alınıb.

"Mercedes" markalı avtomobil və "VAZ 2107" markalı minik maşını toqquşub.

Hadisədə​ 6 nəfər xəsarət alıb.

Hadisə zamanı xəsarət alanlar İmişli rayonu​ Xəlfəli kənd sakinləri, 1956-cı il təvəllüdlü Mərdəliyev Sədiyar Əlisəfa oğlu, 1991-ci il təvəllüdlü İmanova Günay Səhliyar qızı, 2024-ci il təvəllüdlü əkiz qardaşlar Niftullayev Nurlan Nemət oğlu və Niftullayev Firudin Nemət oğlu, 1986-cı il təvəllüdlü Ağayeva Səliqə Səhliyar Qızı, 1958-ci il təvəllüdlü İmanova Gülmayə Xudayar qızı İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralılara təcili təxirə salınmaz tibbi yardım göstərilib və Sədiyar Mərdəliyev ilə Günay İmanova Bakı xəstəxanalarından birinə​ təxliyə olunub.

Əkiz uşaqlar Nurlan və Nemət reanimasiya şöbəsinə yerləşdirilib digər iki nəfərin isə​ yüngül xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR