Bank Of Baku

İranda avtomobil Azərbaycan vətəndaşını vurub, komadadır

İranda avtomobil Azərbaycan vətəndaşını vurub, komadadır
# 16 yanvar 2025 12:28 (UTC +04:00)

Naxçıvan sakinini İranda avtomobil vurub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə qonşu ölkənin Culfa şəhərinə yaxın ərazidə qeydə alınıb.

Babək rayon sakini 1986-cı il təvəllüdlü Nəsirov Nəvai Yasin oğlu yol qəzası nəticəsində ağır xəsarət alıb.

Hadisə N.Nəsirov sürücüsü olduğu avtomobilin qapısını açarkən baş verib.

O, Təbriz şəhərində xəstəxanaya çatdırılıb. İki ayağı sınan, başından xəsarət alan N.Nəsirovun vəziyyətinin ağır olduğu, komaya düşdüyü bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR