Bu gün saat 16:00 radələrində İsmayıllı rayonu ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.
APA-nın Şirvan bürosu xəbər verir ki, nəticədə nəqliyyat vasitəsində olan 52 yaşlı İlqar Süleymanov və 67 yaşlı Elmira Duxiyeva aldıqları xəsarətlərdən hadisə yerində ölüb, 1 nəfər xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.