Bank Of Baku

Kürdəmirdə şadlıq evində zəhərlənənlərin sayı 91 nəfərə çatıb, araşdırma aparılır - YENİLƏNİB-2

Kürdəmirdə şadlıq evində zəhərlənənlərin sayı 91 nəfərə çatıb, araşdırma aparılır - YENİLƏNİB-2
# 01 oktyabr 2026 09:54 (UTC +04:00)

Kürdəmir rayonunda yerləşən “Günəş” şadlıq sarayında keçirilən toy mərasimində baş verən zəhərlənmə hadisəsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılır.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür.

Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Günay Elşən

***

09:50

Dünən saat 20:50 radələrində 91 nəfər zəhərlənmə şübhəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Onların hər birinə zəruri tibbi xidmət göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.

***

00:55

Kürdəmirdə qidadan zəhərlənənlərin sayı 50 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, müraciət edənlərin sayının artacağı istisna edilmir.

***

23:30

Kürdəmirdə zəhərlənmə hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayon ərazisində yerləşən şadlıq evlərinin birində baş verib.

Belə ki, şadlıq evində keçirilən toy mərasimindən sonra 30 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Zərərçəkənlərin vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR