Lənkəranda yol qəzası baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə yeni Ələt-Astara magistralının 166-cı km-də, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. "Fiat Doblo" markalı minik avtomobili 1997-ci il təvəllüdlü Xəyyam Balayevin idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində "Fiat Doblo"da olan Astara rayonunun Maşxan kənd sakinləri - 1980-cı il təvəllüdlü Şölə Novruzova və onun həyat yoldaşı 1971-ci il təvəllüdlü İltiqam Novruzov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.
Lənkəran rayon mərkəzi xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev APA-nın cənub bürosuna bildirib ki, bu gün saat 10:30 radələrində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (1-i kişi, 1-i qadın cinsli olmaqla) müxtəlif dərəcəli bədən xəsarətləri diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Onlara zəruru tibbi xidmət göstərilib. Hazırda müalicələri təcili yardım şöbəsində davam etdirilir.
Vəziyyətləri kafi olaraq qiymətləndirilir.