Bank Of Baku

Lerikdə yaxın qohumu 56 yaşlı kişiyə xəsarət yetirib

Lerikdə yaxın qohumu 56 yaşlı kişiyə xəsarət yetirib
# 28 oktyabr 2025 11:39 (UTC +04:00)

Lerik rayonunun Vılık kənd sakini 1969-cu il təvəllüdlü Bəşir Sahib oğlu İbadov dəqiqləşdirilməmiş xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

APA-nın cənub bürosu xəbər verir ki, yaralılya ilkin tibbi xidmətlər göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib.

Yaxınlarının dediyinə görə, gözətçisi işləyən B.İbadova gecə saatlarında növbədə olan zaman yaxın qohumu hücum çəkib, bel ilə müxtəlif xəsarətlər yetirib.

B.İbadovun vəziyyəti ağır qiymətləndirir. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Əməli törətməkdə şübhəli bilinən 37 yaşlı Yusif Dövlətov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, oktyabrın 28-də saat 02:00 radələrində Lerik rayonun Vılık kəndində xəsarət alması səbəbilə 1969-cu il təvəllüdlü (kişi) şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş kəllə beyin travması, sağ qulağın açıq yarası diaqnozu təyin olunub. Pasiyentin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR