Masallıda avtomobil 28 yaşlı oğlanı vuraraq öldürüb - FOTO

Masallıda avtomobil 28 yaşlı oğlanı vuraraq öldürüb - FOTO
# 13 iyun 2025 11:15 (UTC +04:00)

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının 131-ci km-də, Masallı rayonu ərazisində qeydə alınıb. Lerik rayon Pirasora kənd sakini 1959-cu il təvəllüdlü Teyyub Bağırovun idarə etdiyi "Nissan" markalı minik avtomobili yolu keçmək istəyən piyadanı vurub. Binə qəsəbə sakini 1997-ci il təvəllüdlü Elçin Mustafayevi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Məlumata görə, E.Mustafayevin dayısının maşını xarab olub, o, yolu keçərək köməyə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR