Masallıda çaydan XIX əsrə aid bir kisə kitab tapılıb - FOTO

Masallıda çaydan XIX əsrə aid bir kisə kitab tapılıb - FOTO
# 16 aprel 2025 14:41 (UTC +04:00)

Masallıda çaydan XIX əsrə aid kitablar tapılıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, ötən gün axşam saatlarında Masallı rayonunun Məmmədoba -Tuado yolunun kənarı ilə axan Çaykəş çayından bir kisə kitab tapılıb.

Kisə Masallı sakini Rauf Cəbiyev tərəfindən çaydan çıxarılıb. Yerli sakinlərin verdiyi məlumata görə, çaydan daha bir neçə eynitipli kisə keçib, lakin onları çıxarmaq mümkün olmayıb.

Kitablara baxış zamanı onların ərəb dilində yazıldığı məlum olub. İlkin araşdırma zamanı yerli din xadimləri kitabların dini ədəbiyyat olması və ən azı XIX əsrdə nəşr edilməsi qənaətinə gəliblər.

Qeyd edək ki, tapılan kitablar 9 ədəddir və şikəstə xəttiylə yazılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR