Bank Of Baku

Masallıda itkin kimi axtarılan yeniyetmə tapılıb - YENİLƏNİB

Masallıda itkin kimi axtarılan yeniyetmə tapılıb - YENİLƏNİB
# 24 sentyabr 2025 13:09 (UTC +04:00)

Masallıda itkin kimi axtarılan yeniyetmə tapılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya bildirilib ki, həmin yeniyetmənin olduğu yer polis əməkdaşları tərəfindən müəyyən edilib və tapılaraq ailəsinə təhvil verilib.

İlkin Rzayev

***

23 sentyabr, 10.12

Masallıda yeniyetmə itkin düşüb.

APA xəbər verir ki, 2011-ci il təvəllüdlü Ümid Tağıyev dünən saat 23 radələrində yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna bildirilib ki, yeniyetmə barəsində axtarış elan olunub. Onun tapılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR