Bank Of Baku

Maştağada itkin düşmüş dayıqızı-bibiqızını evində gizlədən taksi sürücüsü saxlanılıb - YENİLƏNİB

Maştağada itkin düşmüş dayıqızı-bibiqızını evində gizlədən taksi sürücüsü saxlanılıb - YENİLƏNİB
# 26 aprel 2025 21:39 (UTC +04:00)

Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

APA xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda həmçinin araşdırmanın DİN-in nəzarətinə götürüldüyü bildirilib.

***

21:01

Bakının Maştağa qəsəbəsində itkin düşmüş 2007 və 2008-ci il təvəllüdlü iki qız polis əməkdaşları tərəfindən tapılıb.

Bu haqda APA-ya DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli məlumat verib.

“Paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarışa aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar. Hazırda onların qaçma səbəbləri və digər təfərrüatları araşdırılır.”, - məlumatda deyilir.

Qeyd edək ki, onlar dayıqızı-bibiqızıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR