“Məclis.info” saytının rəhbəri həbs edilib

“Məclis.info” saytının rəhbəri həbs edilib
# 19 aprel 2024 19:27 (UTC +04:00)

“Məclis.info” saytının rəhbəri İmran Əliyev həbs edilib.

APA xəbər verir ki, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib.

Qərara əsasən, İ.Əliyev haqda 2 ay 1 günlük həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, İmran Əliyev "Abzas media işi" ilə əlaqədar saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206. 3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR