“Meydan" TV işi üzrə həbs olunan jurnalistlər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
APA xəbər verir ki, bu gün istintaq orqanı tərəfindən məhkəməyə daxil olan təqdimatlara baxılıb.
Xətai rayon Məhkəməsində keçirilən proseslərdə təqdimatlar təmin olunub.
Qərara əsasən, Ramin Deko, Xəyalə Ağayeva, Aysel Umudova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
Məhkəmə “Meydan TV işi” üzrə ötən ay həbs olunan jurnalistlər Şəmşad Ağa və Fatimə Mövlamlının da həbs müddətinin 3 ay uzadılması barədə qərar verib.
Eyni zamanda, məhkəmənin qərarı ilə iş üzrə həbs olunan Ülvi Tahirov barəsində də seçilmiş həbs-qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.
***
12.27
“Meydan" TV işi üzrə həbs olunan jurnalist Ramin Deko (Cəbrayılzadə) barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə daxil olan təqdimata baxılıb.
APA xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin olunub. Onun həbs müddəti 3 ay uzadılıb.
Qeyd edək ki, ötən ilin dekabr ayında "Meydan" TV işi üzrə jurnalistlər Aynur Qənbərova (Elgünəş), Ramin Cəbrayılzadə (Deko), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Əhmədova (Tapdıq) saxlanılıb.
Onların barəsində həbs-qətimkan tədbiri seçilib.
Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu ilin fevral ayında isə iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalist Fatimə Mövlamlı və Nurnal Qəhrəmanlı (Libre) həbs olunub.