Bank Of Baku

Mingəçevirdə yeniyetməni maşın vurub

Mingəçevirdə yeniyetməni maşın vurub
# 23 yanvar 2025 18:00 (UTC +04:00)

Mingəçevirdə 15 yaşlı yeniyetməni maşın vurub.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə bu gün səhər saat 11 radələrində şəhər ərazisində qeydə alınıb.

Çingiz Hacıyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə 2010-cu il təvəllüdlü Amin Rzayev vurulub. Xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı istintaq araşdırmaları aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR