Bank Of Baku

Naxçıvanda ağır qəza olub, 3 nəfər ölüb

Naxçıvanda ağır qəza olub, 3 nəfər ölüb
# 04 sentyabr 2026 23:35 (UTC +04:00)

Naxçıvanda dəhşətli qəza nəticəsində 3 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

APA xəbər verir ki, hadisə Şahbuz rayonu Gömür kəndi ərazisində baş verib.

Qəza zamanı dağlıq ərazidə hərəkətdə olan "Toyota Prado" markalı avtomobilin aşması nəticəsində Şərur rayonu Oğlanqala kənd sakinləri 1975-ci il təvəllüdlü Abdullayev Nazim Əyyub oğlu, onun qızı 2017-ci il təvəllüdlü Abdullayeva Firuzə Nazim qızı və 2006-cı il təvəllüdlü Şıxəliyev Pərvin Vüsal oğlu ölüb.

Hadisə nəticəsində 2025-ci il təvəllüdlü Şıxəliyeva Validə Elvin qızı, 2025-ci il təvəllüdlü Abdullayev Rəhman Sərraf oğlu, 2004-cü il təvəllüdlü İsmayılova Nəzrin Nazim qızı, 2025-ci təvəllüdlü İsmayılov Uğur İslam oğlu, 1985-ci təvəllüdlü Abdullayev Sərraf Rəhim oğlu, 2010-cu il təvəllüdlü Abdullayeva Ceyran Sərraf qızı, 2016-cı il təvəllüdlü Şıxəliyeva Fatimə Vüsal qızı, 1983-cü il təvəllüdlü Abdullayeva Vüsalə İsax qızı və 2014-cü il təvəllüdlü Şıxəliyev Gündüz Elvin oğlu xəsarət alıblar.

Xəsarət alan və dünyasını dəyişənlər polis əməkdaşları tərəfindən qəza zonasından çıxarılaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR