Bank Of Baku

Naxçıvanda istirahət mərkəzində su üzərində olan platforma aşıb, bir ailənin 3 üzvü ölüb - FOTO - YENİLƏNİB

Naxçıvanda istirahət mərkəzində su üzərində olan platforma aşıb, bir ailənin 3 üzvü ölüb - FOTO  - YENİLƏNİB
# 05 sentyabr 2025 11:02 (UTC +04:00)

Şahbuzda istirahət mərkəzində su üzərində olan platformanın aşması nəticəsində ölən şəxslərin adları məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə zamanı 1983-cü il təvəllüdlü Hüseynova Sevinc Abdulla qızı, onun qızı 2011-ci il təvəllüdlü Hüseynova Ceyran Tural qızı və onun nənəsi 1947-ci il təvəllüdlü Məmmədova Səkinə Xəlil qızı vəfat edib.

Faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma aparılır.

***

04.28

Naxçıvanın Şahbuz rayonu Ayrınc kəndində yerləşən istirahət mərkəzlərinin birində su üzərində olan platforma aşıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb.

Həyatını itirənlərin qohum olduğu bildirilir.

Hadisədən sonra təcili tibbi yardım avtomobili ilə birgə xəstəxanaya yollanan ailə üzvləri isə yolda qəzaya düşüb.

Qəza zamanı Naxçıvan şəhər sakinləri 1983-cü il təvəllüdlü Hüseynov Tural Əli oğlu və onun oğlu, 2007-ci il təvəllüdlü Hüseynov Nicat Tural oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR