Bank Of Baku

Naxçıvanda toy karvanında avtoxuliqanlıq edən sürücülər saxlanılıb

Naxçıvanda toy karvanında avtoxuliqanlıq edən sürücülər saxlanılıb
# 25 iyun 2025 16:01 (UTC +04:00)

Naxçıvanda toy karvanında avtoxuliqanlıq edən sürücülər müəyyən edilib.

APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan şəhərində ictimai qaydanın pozulması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətləri edən 75-BG-750 və 77-DL-088 dövlət qeydiyyat nişanlı iki “BMW” markalı avtomobilin sürücülləru saxlanılıblar.

Onlar şəhər ərazisində toy karvanında avtomobil idarə edərkən məqsədli şəkildə təhlükəli manevrlərə yol verərək digər hərəkət iştirakçılarına real təhlükə yaradıblar.

Həmin şəxslər barəsində inzibati protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR