Oğuzda minik avtomobili aşıb, xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

Oğuzda minik avtomobili aşıb, xəsarət alanlar var - VİDEO  - YENİLƏNİB
# 10 dekabr 2023 10:31 (UTC +04:00)

Xəbərə video əlavə edilib.

***

9 dekabr saat 19:05

Oğuzda minik avtomobili aşıb, xəsarət alanlar var.


APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün saat 16 radələrində Oğuz-Kərimli-Yevlax avtomobil yolunun rayonun Yaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan iki nəfər, Kəlbəcər rayon sakini Sadiq İsmayıl oğlu Əhmədov və Oğuz rayonu Padar kənd sakini Ruslan Qənimət oğlu Əhmədov müxtəlif dərəcəli xəsarətlər alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına(RMX) aparılıblar.

Yaralılara Oğuz RMX-da ilkin yadım göstərildikdən sonra müayinə və müalicələrini davam etdirmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) göndəriliblər.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR