Bank Of Baku

Ordubadda ağac qırılaraq sakinlərin üzərinə düşüb

Ordubadda ağac qırılaraq sakinlərin üzərinə düşüb
# 25 avqust 2025 11:35 (UTC +04:00)

Ordubadda ağac qırılaraq sakinlərin üzərinə düşüb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayonun Vənənd kəndində baş verib. Belə ki, çinar ağacının budağı qırılaraq sakinlərin üzərinə düşüb.

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanlar - 1959-cu il təvəllüdlü Novruzov İbrahim Əli oğlu, 1970-ci il təvəllüdlü Ağalarov Miryunis Mirdavud oğlu və 1983-cü il təvüllüdlü Əliyev Anar Əhməd oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyəti qənaətbəxş olduğundan evə buraxılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR