Bank Of Baku

Ötən ay 94 zəhərlənmə hadisəsi baş verib, 4 nəfər ölüb

Ötən ay 94 zəhərlənmə hadisəsi baş verib, 4 nəfər ölüb
# 02 sentyabr 2025 09:05 (UTC +04:00)

Avqust ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 94 nəfər qəbul edilib

Kliniki Tibbi Mərkəzdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 30 nəfər dərmandan, 37-si sirkə turşusundan, 5-i həlledici məhluldan zəhərlənən şəxslərdir.

Həmçinin 13 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər botulizm zəhərlənməsi səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü (2 nəfər qadın cinsli, 2 nəfər kişi cinsli) ölüb.

Bildirilib ki, ölüm halları sirkə turşusu zəhərlənmələrindən qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR