“Prius” tuneldə yük maşınına çırpılıb, sürücü ağır xəsarət alıb - FOTO

“Prius” tuneldə yük maşınına çırpılıb, sürücü ağır xəsarət alıb - FOTO
# 28 fevral 2024 03:00 (UTC +04:00)

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, avtoqəza Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan “Toyota Prius” eyni istiqamətdə gedən ağır tonnajlı yük maşınına çırpılıb.

Zərbə o qədər güclü olub ki, minik avtomobili deformasiyaya uğrayıb.

Sürücü ağır xəsarət alıb.

Əraziyə təcili tibbi yardım briqadası cəlb edilib.

Baş verən qəza zamanı prospektin şəhər istiqamətində tıxac yaranıb.

Əraziyə hadisə üzrə inspektor dəvət edilib, yük maşını prospektdən kənarlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR