Bank Of Baku

Qaradağda restoranı yandırmaqda ittiham edilən daha bir şəxs saxlanılıb

Qaradağda restoranı yandırmaqda ittiham edilən daha bir şəxs saxlanılıb
# 10 fevral 2026 12:51 (UTC +04:00)

Qaradağ rayonunda restoranı yandırmaqda ittiham edilən daha bir şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Əməli törətməkdə şübhəli bilinən daha bir nəfər – C.Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, fevralın 8-də Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən restoranda yanğın baş verib. İaşə obyektinin qəsdən yandırılması ilə bağlı polisə məlumat daxil olub. İlkin olaraq yanğını törətməkdə şübhəli bilinən iki nəfər müəyyən olunaraq saxlanılıb.

Fakt üzrə araşdırma gedir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR