Qaxdakı ağır yol qəzası zamanı Türkiyə vətəndaşları yaralanıb

Qaxdakı ağır yol qəzası zamanı Türkiyə vətəndaşları yaralanıb
# 30 iyun 2024 22:10 (UTC +04:00)

Qaxda üç nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında xəsarət alanlardan üçü Türkiyə vətandaşıdır.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı xəsarət alanlardan 1993-cü il təvəllüdlü Əfsanə Rəhim qızı Batmaz və onun iki övladı 2012-ci il təvəllüdlü Sera Tamer qızı Batmaz və 2021-ci il təvəllüdlü Karan Tamer oğlu Batmaz Türkiyə vətandaşlarıdır.

Qəza zamanı 6 nəfər xəsarət alıb.Onlara Qax Rayon Mərkəzi Xəstəxanasında (RMX) lazımi tibbi yardım göstərilib.

Yaralılardan bir nəfər 37 yaşlı cinsi qadın olan yaralının müayinə və müalicəsini davam etdirmək üçün bu gün Zaqatala RMX-a göndərilib.

Üçü Türkiyə vətandaşı olmaqla qalan beş yaralı isə Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR