Bank Of Baku

Qaxda azyaşlını yük maşını vurub

Qaxda azyaşlını yük maşını vurub
# 03 yanvar 2025 10:30 (UTC +04:00)

Qaxda 8 yaşlı qızı yük maşını vurub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax şəhəri Ü.Hacıbəyov küçəsində fəaliyyət göstərən şadlıq evinin yanında baş verib. Ağdaş rayon sakini Sübhan Əsədov idarə etdiyi “Ford” markalı yük maşını ilə 2017-ci il təvəllüdlü Arzu Aslan qızı Ramazanovanı vurub. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan A. Ramazanova Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağıq qiymətləndirilir.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

Azyaşlının şadlıq evində keçirilən toydan çıxarkən maşınla vurulduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR