Qazaxda yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Qazax şəhərinin mərkəzi küçələrinin birində qeydə alınıb. Belə ki, yolun kənarında hərəkətsiz vəziyyətdə olan "Mercedes" markalı minik maşının mühərrik hissəsi anidən yanmağa başlayıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Avtomobil yanğınsöndürənlər tərəfindən söndürülüb, minik maşının qalan hissəsi yanğından mühafizə edilib. Hadisənin baş vermə səbəbləri araşdırılır.