Qobustanda evdə 3 yaşlı uşağın üstünə qaynar su tökülüb.
APA-nın məlumatında görə, hadisə ötən gün baş verib.
Məlumata görə, şəhər sakini 2023-cü il təvəllüdlü M.Orucovanın yaşadığı evdə üstünə qaynar su tökülüb və o, termiki yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Martın 5-də saat 16:10 radələrində 2023-cü il təvəllüdlü şəxs (qadın cinsli) Qobustan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Göbək nahiyəsinin və ayaq nahiyəsinin termiki yanığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. O daha ixtisaslı tibbi xidmət almaq üçün Şamaxı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Bu barədə Qobustan və Şamaxı rayon mərkəzi xəstəxanalarından APA-nın sorğusuna cavab olaraq bildirilib.
"Azyaşlıya bud-çanaq oynağının və aşağı ətrafların, aşıq-baldır oynağı və ayaq istisna olmaqla II dərəcəli termiki yanıq diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Daha ixtisaslı tibbi yardımın göstərilməsi məqsədilə azyaşlı Nərimanov Tibb Mərkəzinin nəzdində olan Respublika Yanıq Mərkəzinə göndərişlə təmin olunub", məlumatda qeyd olunub.