Moskvada azərbaycanlı milyarderlərin bazarındakı yanğın söndürülüb - VİDEO - YENİLƏNİB-2

Moskvada azərbaycanlı milyarderlərin bazarındakı yanğın söndürülüb - VİDEO  - YENİLƏNİB-2
# 01 dekabr 2023 18:24 (UTC +04:00)

Moskvanın "Sadovod” bazarında baş verən yanğın saat 17:00 radələrində söndürülüb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğının söndürülməsi zamanı bir yanğınsöndürən xəsarət alıb.

***

16:21

Moskvanın “Sadovod” bazarında baş verən yanğının sahəsi 600 kvadratmetrə çatıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Sadovod” bazarında baş verən yanğının söndürülməsi üçün “Kobra” yanğınsöndürmə sistemindən istifadə edilib ki, bu da qapalı məkanda baş verən yanğını konteynerlərin içərisinə girmədən dəlik vasitəsilə söndürməyə imkan verir.

Yanğınsöndürmə əməliyyatına 170-dən çox insan və 48 texnika cəlb olunub. FHN yanğın nəticəsində itkilər barədə məlumat daxil olmadığını da açıqlayıb.

Qeyd edək ki, "Sadovod" bazarı yəhudi əsilli azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevin “Kiyevskaya ploşad” şirkətinə məxsusdur.

***

14:19

Moskvada azərbaycanlı milyarderlərə məxsus “Sadovod” bazarında baş verən yanğın nəticəsində iki nəfər xəsarət alıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Xəsarət alan şəxslərə tibbi yardım göstərilib. Bazardan 350 nəfərin təxliyə olunduğu bildirilib.

Qeyd edək ki, yəhudi əsilli azərbaycanlı milyarderlərə Qod Nisanov və Zarah İliyevə məxsus “Sadovod” bazarında yanğın baş verib. Bazarın ticarət pavilyonunda baş verən yanğın 150 kvadrat metr ərazini əhatə edib.

***

13:16

Moskvada “Sadovod” bazarında yanğın baş verib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda yanğının baş vermə səbəbləri və ərazisi müəyyənləşdirilir.

Hazırda bazardan insanların təxliyəsi həyata keçirilir.

Qeyd edək ki, bazar yəhudi əsilli azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevin “Kiyevskaya ploşad” şirkətinə məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR