Qubada əməliyyata hazırlanan hamilə anesteziyadan şok olub, özü və körpəsi ölüb- YENİLƏNİB

Qubada əməliyyata hazırlanan hamilə anesteziyadan şok olub, özü və körpəsi ölüb- YENİLƏNİB
# 22 avqust 2024 14:59 (UTC +04:00)

Avqustun 21-də 2000-ci il təvəllüdlü Quba rayonu sakini "Hamiləlik 38 həftə, uşaqlıq üzərində çapıq" diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Regional Perinatal Mərkəzinə yerləşdirilib.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

Məlumata görə, müayinələr aparıldıqdan sonra uşaqlıq üzərində çapıq və başlamış doğuş fəaliyyətini nəzərə alaraq, təkrar keysəriyyə kəsiyi əməliyyatı həyata keçirilib: "Saat 13:55-də spinal anesteziya tətbiq olunan zaman anada anafilaktik şok əlamətləri müşahidə olunub. Göstərilən tam həcmli intensiv reanimasion tədbirlərə baxmayaraq, ana və bətnindəki körpənin 21.08.2024-cü il saat 15:00 radələrində ölüm faktı qeydə alınıb".

***

12.47

Quba Regional Perinatal Mərkəzində doğuş zamanı ana və körpəsi ölüb.

APA-nın Şimal bürosu xəbər verir ki, Xaçmaz rayonunun Hülövlu kənd sakini 2000-ci il təvəllüdlü Nəsirova Samirə Bəhruz qızı doğuş üçün Quba Regional Perinatal Mərkəzə gətirilib. Əməliyyat zamanı o və dünyana gələn köprəsi dünyasını dəyişib. Bu, S.Nəsirovanın ikinci hamiləliyi olub, onun 3 yaşında daha bir övladı var.
Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR