Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Quba rayonunda “Shacman” markalı iki yük avtomobili toqquşub.
APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Keçirilən tədbirlər nəticəsində müxtəlif xəsarətlər alaraq avtomobillərdən birində sıxılı vəziyyətdə qalan sürücü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qubada iki yük avtomobili toqquşub, 1 nəfər xəsarət alıb
18 may 2021 12:57 (UTC +04:00)