Ramin Hacılının cəzası azaldılıb

Ramin Hacılının cəzası azaldılıb
# 28 iyun 2024 12:53 (UTC +04:00)

Dələduzluqda ittiham olunan Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı barəsində hökmdən verilmiş kassasiya şikayətinə baxılıb.

Bu barədə APA-ya Ramin Hacılının vəkili Rəşad Əliyev məlumat verib.

Bu gün Ali Məhkəmədə qərar qəbul edilib. Qərara əsasən, Ramin Hacılının cəzası 11 ay azaldılıb və barəsində qəti olaraq 6 il 2 ay 20 gün cəza saxlanılıb.

Bundan başqa, prokurorluğun hökmdən verdiyi kassasiya prosesti təmin olunmayıb.

Qeyd edək ki, R.Hacılı 2021-ci ildə vətəndaşların ABŞ, Kanada və Avropa ölkələrinə qanunsuz miqrasiyasını təşkil etməkdə ittiham edilərək həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Hacılı 7 il 7 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi cəzanı 7 il 1 aya endirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR