Bank Of Baku

Sabirabadda Şirvan kanalında 1 nəfər batıb

Sabirabadda Şirvan kanalında 1 nəfər batıb
# 18 oktyabr 2025 12:19 (UTC +04:00)

Şirvan kanalının Sabirabad rayonundan keçən hissəsində 1 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, "112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Sabirabad rayonunun Surra kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR