Bank Of Baku

Şamaxıda bir ailənin üç üzvü dəm qazından zəhərlənib

Şamaxıda bir ailənin üç üzvü dəm qazından zəhərlənib
# 28 dekabr 2024 08:54 (UTC +04:00)

Şamaxıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Dağ Bağırlı kəndində baş verib.

Hadisə nəticəsində bir ailənin üç üzvü 1980-ci il təvəllüdlü Ağacanov Ruhlan Nagı oğlu, 2008-ci il təvəllüdlü Ağacanov Ruhin Ruhlan oğlu və 2015-ci il təvəllüdlü Ağacanlı Zəhra Ruhlan qızı dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Hazırda vəziyyətlərinin orta ağır olduğu bildirilir. Onların evdəki qaz sobasından zəhərləndiyi güman edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR