Samuxda iki azyaşlı naməlum səbəbdən ölüb - VİDEO

Samuxda iki azyaşlı naməlum səbəbdən ölüb - VİDEO
# 12 sentyabr 2021 15:34 (UTC +04:00)

Samuxda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb.

Belə ki, Samux sakinləri 2018-ci il təvəllüdlü Quliyev Nurəddin Əfqan oğlu və onun bacısı Quliyeva Ruqayyə Əfqan qızının yaşadıqları evdə halları pisləşib. Azyaşlılar valideynləri tərəfindən xəstəxanaya aparılıb. Müayinə zamanı qızın öldüyü məlum olub. Oğlan isə sonradan xəstəxanada dünyasını dəyişib. Hər iki azyaşlının ölüm səbəbi məlum deyil. Artıq onların ölümü ilə bağlı araşdırmalara başlanılıb.

Gəncə şəhər 2 nömrəli uşaq xəstəxanasının baş həkimi Hafiz Abdulayev APA-ya bildirib ki, ötən gün xəstəxanaya 2 azyaşlı gətirilib. Müayinə zamanı Quliyeva Ruqayyə Əfqan qızının öldüyü məlum olub. Baş həkim qeyd edib ki, digər azyaşlının isə vəziyyəti çox ağır idi. Həkimlərin səyinə baxmayaraq, Quliyev Nurəddin Əfqan oğlu bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR