Bank Of Baku

Şəkidə 5 otaqlı evdə yanğın olub - FOTO

Şəkidə 5 otaqlı evdə yanğın olub - FOTO
# 28 may 2025 16:29 (UTC +04:00)

Şəkidə ikimərtəbəli 5 otaqlı evdə yanğın olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, günorta saatlarında Şəki şəhəri Bəxtiyar Abbasov küçəsində Sərxan Salahova məxsus, ümumi sahəsi 160 kv/m olan ikimərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları tam yanıb, evin ikinci mərtəbəsindəki mətbəxtin 40 kv/m-lik sahəsi, birinci mərtəbədəki mətbəx 7 kv/m sahədə və evə bitişik tikilən yardımçı tikilinin dam örtüyü yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsi üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR