Bank Of Baku

Şəkidə avtomobilin aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Şəkidə avtomobilin aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
# 06 fevral 2025 20:47 (UTC +04:00)

Şəkidə yol qəzasına düşənlərin şəxsiyyətləri məlum olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yaralananlar "Nissan" markalı avtomobilin sürücüsü 58 yaşlı Zaqatala rayon sakini Ramiz Hacıyev, sərnişin isə Zaqatala rayon sakini 27 yaşlı Aydan Mahamatebinovadır.

***
18:56

Şəkidə minik avtomobili aşıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Şəki-Qax avtomobil yolunda, Şəki rayonu İnçə kəndi ərazisində baş verib. İlkin məlumata görə, hərəkətdə olan “Nissan” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR