Şəmkirdə ildırım iki nəfəri vuraraq öldürüb - YENİLƏNİB

Şəmkirdə ildırım iki nəfəri vuraraq öldürüb - YENİLƏNİB
# 01 iyun 2024 01:38 (UTC +04:00)

Şəmkirdə ikinci bədbəxt hadisə qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Zəyəm qəsəbəsi ərazində yerləşən əkin sahəsində baş verib.

Sahədə işləyən Diləfrüz Qurbamovanı ildırım vurub.

Qadın hadisə yerində ölüb.

Qeyd edək ki, bundan öncə ildırım rayonun Yeni Həyat kənd sakini 61 yaşlı Z.Musayevi vuraraq öldürmüşdü.

***
01:04


Şəmkirdə 61 yaşlı kişini ildırım vurub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində baş verib.

Kənd sakini olan 1963-cü il təvəllüdlü Z.Musayevi evinin yaxınlığında ildırım vurub. 61 yaşlı kişi aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki bundan əvvəl Gəncədə 24 yaşlı gənci ildırım vuraraq ağır xəsarət yetirib, Tovuzda isə 14 yaşlı yeniyetməni ildırım vuraraq öldürüb.

Bütün faktlarla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR