Şərurda yol qəzası olub, 17 yaşlı yeniyetmə ölüb

Şərurda yol qəzası olub, 17 yaşlı yeniyetmə ölüb
# 22 iyun 2024 11:40 (UTC +04:00)

Şərur rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, yeniyetmə ölüb.


APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə gecə saatlarında rayonun Yuxarı Aralıq kəndində baş verib. "VAZ 2106" markalı avtomobillə "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində Yuxarı Aralıq kənd sakini, 2007-ci il təvəllüdlü Hüseynov Nihat Razi oğlu ölüb. "VAZ 2106" markalı avtomobildə olan digər iki yeniyetmə - Şərur rayon Vərməziyar kənd sakini, 2005-ci il təvəllüdlü Əsquliyev Səbuhi Niyaz oğlu və Yuxarı Aralıq kənd sakini, 2007-ci il təvəllüdlü Əliyev Rza Elşən oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR