Bank Of Baku

Şirvanda 28 yaşlı gənci bıçaqlayan saxlanılıb - YENİLƏNİB

Şirvanda 28 yaşlı gənci bıçaqlayan saxlanılıb - YENİLƏNİB
# 01 yanvar 2025 14:44 (UTC +04:00)

Şirvan sakini bıçaqlanıb

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosunu sorğusuna cavab olaraq bildirilib ki, bu gün günorta saatlarında Şirvan şəhər sakini Q.Salayev aralarında yaranmış mübahisə zəminində həmyerlisi N.Abışova müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Q.Salayev polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırmalar aparılır.

***

13:23

Şirvan sakini bıçaqlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərində qeydə alınıb. Şirvan sakini, 1997-ci il təvəllüdlü Abışov Nəsrəddin Rüstəm oğlu tanışı Qəmbər adlı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı döş qəfəsinin və qoltuq nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR