Bank Of Baku

Şirvanda ərinin 11 bıçaq zərbəsi vurduğu TƏBİB əməkdaşının vəziyyəti açıqlanıb - YENİLƏNİB

Şirvanda ərinin 11 bıçaq zərbəsi vurduğu TƏBİB əməkdaşının vəziyyəti açıqlanıb - YENİLƏNİB
# 06 oktyabr 2025 21:53 (UTC +04:00)

“Həmkarımız, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis əziz Lamiyə ailə-məişət zorakılığına məruz qalaraq, müxtəlif bədən xəsarətləri alıb”.

APA xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova sosial hesabında paylaşıb.

O bildirib ki, xəsarət alan şəxs bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə çalışdığı Şirvan Rayon Mərkəzi Xəstəxanasında zəruri instrumental-diaqnostik müayinələrdən sonra üzərində cərrahi əməliyyat icra olunub.

Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən Lamiyə Qanbayevanın keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Tural Qanbayevin tutulması istiqamətində tədbirlər görülür.

***

19:14

Şirvan sakini, 1986-ci i təvəllüdlü Qanbayeva Lamiyə Nəcməddin qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 11 bıçaq yarası alan qadın Şirvan xəstəxanasına yerləşdirlərək əməliyyata götürülüb.

Qeyd edək ki, L.Qanbayeva “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR