Siyəzəndə qatar relsdən çıxıb, yük dağılıb - FOTO - YENİLƏNİB

Siyəzəndə qatar relsdən çıxıb, yük dağılıb - FOTO  - YENİLƏNİB
# 16 iyul 2024 16:42 (UTC +04:00)

16 iyul 2024-cü il tarixində saat 11:10 radələrində Siyəzən rayonu, Zarat stansiyasının 77-ci kilometrliyində Biləcəri stansiyasına doğru hərəkət edən "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus yük qatarının 5 vaqonunun relsdən çıxaraq aşması ilə nəticələnən qəza ilə bağlı polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən APA-ya bildirilib ki, hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub və ərazi nəzarətə götürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

***

16.14

Rusiyadan Azərbaycana tikinti materialları daşıyan qatar Siyəzən rayonunun Zarat kəndi ərazisində relsdən çıxıb.

APA-nın Şimal bürosu xəbər verir ki, qatarın 3 vaqonunun aşması nəticəsində tikinti materialları dağılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, yük sahiblərinə zərər dəyib. Hazırda fakt araşdırılır.

"Azərbaycan Dəmir Yolları" QSC-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 11.00 radələrində Rusiya özəl şirkətlərinə məxsus 3 vaqon Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxıb.

"Vaqonların yükü taxta materiallarından ibarət olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda vaqonların rels üzrərinə qaldırılması prosesinə başlanılıb. Hadisənin baş vermə səbəbi araşdırılır", - deyə açıqlamada bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR