Sumqayıtda avtobus TIR-la toqquşub, 12 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB-1

Sumqayıtda avtobus TIR-la toqquşub, 12 nəfər xəsarət alıb  - FOTO  - YENİLƏNİB-1
# 12 iyul 2024 20:39 (UTC +04:00)

Hacı Zeynalabdin - Sumqayıt avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına yerləşdirilən 12 nəfərdən 10 nəfər ambulator müalicə üçün evə buraxılıb.

APA xəbər verir ki, hazırda 1 nəfərin (kişi cinsli) müalicəsi Neyrocərrahiyyə (vəziyyəti ağır olmaqla), digər 1 nəfərin (vəziyyəti orta ağır olmaqla) müalicəsi isə Təcili yardım şöbəsində davam etdirilir.


***
18:50

Hacı Zeynalabdin - Sumqayıt avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı iyulun 12-si saat 17:20 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına 12 nəfər (7-si kişi cinsli, 5-i qadın cinsi olmaqla) yerləşdirilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq mərkəzdən məlumat verilib.


Bildirilib ki, hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.

***

17:38

Bakı-Quba yolunda ağır-yol nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə yolun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb.

3 nömrəli marşrut avtobusu TIR-la toqquşub. Nəticədə 11 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR