Sumqayıtda gənc intihar edib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə ötən gecə şəhərin 34-cü məhəlləsində qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Adil Bayramov özünü yaşadığı evdə asıb.
İntiharın səbəbləri bilinmir.
Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, A. Bayramovun mayın 30-da 20 yaşı tamam olub.