İyunun 18-də Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.
İlkin məlumata görə, “Hyundai” markalı avtomobil yolu keçmək istəyən iki qadını vurub.
Nəticədə piyadalardan biri Cabbarova Xalidə hadisə yerində həyatını itirib, xəsarət alan Yeganə Əmrahova isə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıt Tibb Mərkəzindən APA-ya bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 18 iyun tarixində saat 00:50 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1970-ci il təvəllüdlü şəxs (qadın cinsli) hospitalizasiya olunub.
Qasıq sümüyünün sınığı diaqnozu təyin edilən şəxs Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.