Bank Of Baku

Tanınmış oftalmoloqla bağlı şikayət əsasında cinayət işi açılıb

Cahid Şahbazov

© APA | Cahid Şahbazov

# 14 iyul 2025 11:41 (UTC +04:00)

Tanınmış oftalmoloq Cahid Şahbazovun keçirdiyi göz əməliyyatından sonra görmə qabiliyyətini itirən Humay Əliyevanın şikayəti əsasında cinayət işi açılıb.

APA xəbər verir ki, bu barədə Humay Əliyeva bildirib.

O, “Caspian İnternational Hospital”da oftalmoloq Cahid Şahbazov tərəfindən göz əməliyyatı olunduqdan sonra görmə qabiliyyətini itirdiyini iddia edib. Humay Əliyevanın sözlərinə görə, həkim tərəfindən gözünün yanlış müayinəsi aparılıb və səhv diaqnoz qoyulub. O qeyd edib ki, keçirilən tibbi ekspertiza da bunu təsdiqləyib.

Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq - vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR