Tərtər rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, hadisə rayonun Hüsənli kəndi ərazisində qeydə alınıb.
Belə ki, bu gün saat 18 radələrində Bərdə rayon sakini Zülfüqar Bayramov Hidayət oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu nəzərdə tutulmayan yerdən keçən Cəmilə Zeynalova və Mahirə Qədimovanı vurub. Nəticədə hər iki piyada hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
***
20:36
Tərtərdə baş verən qəzada xəsarət alan digər piyada da həyatın itirib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, qəza nəticəsində Ağdam rayonunun Güllücə kənd sakinləri, 1972-ci il təvəllüdlü Qədimova Mahirə Qərib qızı və 1984-cü il təvəllüdlü Zeynalova Cəmilə Cəlil qızı ölüb.
Mahirə Qədimova hadisə yerində, Cəmilə Zeynalova isə xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
***
19:43
Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayonunun Hüsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili iki piyadanı vurub. İlkin məlumata görə, piyadaların hər ikisi qadındır.
Onlardan biri hadisə yerində ölüb, digəri isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.