Bank Of Baku

Tərtərdə yol qəzası olub, xəsarət alanlar var

Tərtərdə yol qəzası olub, xəsarət alanlar var
# 23 avqust 2025 12:05 (UTC +04:00)

Tərtərdə yol qəzasında üç nəfər xəsarət alıb.

APA-nın yerli müxbiri xəbər verir ki, Borsunlu-Hindarx yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınan qəzada "BMW" və "Hyundai" toqquşub.

Nəticədə Tərtər rayon sakinləri 1998-ci il təvəllüdlü Əsgərzadə Vaqif Yalçın oğlu, 2004-cü il təvəllüdlü İsayev Elgiz Çingiz oğlu və 1962-ci il təvəllüdlü İsmayılov İlqar İsmayıl oğlu xəsarət alıb.

Yaralılar Tərtər Rayon mərkəzi Xəstəxanasına aparılıb.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR