Aktauda qəzaya uğramış AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarənin sağ qalan sərnişinlərinin bir qismi Azərbaycana yola salınıb.
Bu barədə APA-nın Qazaxıstandakı əməkdaşı xəbər verir.
Yaralılar həkim briqadasının müşayiəti altında Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə gətirilir.
Süleyman Həmidov
***
16:17
Aktauda qəzaya uğramış AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarənin sağ qalan sərnişinlərindən 14 nəfər, o cümlədən 1 uşaq Azərbaycana yola salınır.
APA-nın Qazaxıstandakı əməkdaşı xəbər verir ki, yaralılar həkim briqadasının müşayiəti altında Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə gətirilir.