Tovuzda intihar hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, rayon sakini, 1941-ci il təvəllüdlü Zeynalova Asiya yaşadığı evdə özünü asıb.
Yaşlı qadının meyiti asılmış vəziyyətdə tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.